Fransızlar tıxacda aşiq olur, ruslar isə əcnəbi dil öyrənir

11-01-2017 | 10:43 | | Oxunma sayı: Baş Admin: Ramil
Fransızlar tıxacda aşiq olur, ruslar isə əcnəbi dil öyrənir

Psixoloqlar avtomobil tıxacını insan həyatında “psixoloji tələ” adlandırır. Onların fikrincə, insanın əsl psixoloji durumu bu zaman üzə çıxır. Bu zaman insanlar ilk növbədə köməksizlik və ruhdan düşmə hissi yaşayır. Həyatın mənasızlığı barədə düşüncələr, depressiv hallar da sonrakı mərhələdir. Amma daha temperamentli insanlar öz üzərlərindəki nəzarət hissini tamamən itirirlər və nəyin bahasına olursa olsun, tıxacdan çıxmağa çalışırlar. 

Amma Avropa insanı üçün tıxac artıq şəhər mədəniyyətinin ayrılmaz və təbii bir hissəsinə çevrilib. Onlar günlük qrafiklərini tıxaca görə planlaşdırır. Hətta fransız filmlərində insanlar tıxac zamanı bir-birinə vurulur, ən gözəl eşq hekayələri məhz tıxacda yaşanır. Yəni, fransızlar bu nəqliyyat məşəqqətindən də bir gözəllik tapmağa nail olublar. Tıxacda kitab oxumaq, musiqiyə qulaq asmaq, ingilis dili öyrənmək, meditasiya ilə məşğul olmaq da psixoloqların məsləhətləri sırasındadır. Bundan daha çox moskvalılar istifadə edir. Bu halda itirilmiş vaxt haqqında danışmağa o qədər də yer qalmayacaq.

Digər Xəbərlər