Mehman Hüseynovun vəkili məsələyə münasibətini bildirdi + Video

10-01-2017 | 18:35 | | Oxunma sayı: Baş Admin: Ramil
Mehman Hüseynovun vəkili məsələyə münasibətini bildirdi  + Video

Vəkil Cavad Cavadov: Bunlar hamısı qanunsuzdur və birbaşa şəxsin oğurlanmasıdır.

      Vəkil Cavad Cavadov bildirib ki, Mehman Hüseynov qanunsuz olaraq, İXM-nin 535.1 maddəsinə əsasən təqsirli bilinib və ona 200 manat cərimə tədbiq olunub. Biz bununla razı deyilik və Apellyasiya Məhkəməsinə şikayətimizi verəcəyik. İstənilən halda həbs də verilə bilərdi, yəni bu yaxşı nəticədir. Eyni zamanda işgəncə hallarının araşdırılması ilə bağlı hakim bizim vəsadəti Nəsimi Rayon Prokrorluğuna göndərdi və buda obyektiv araşdırılacaqsada araşdırılmayacaqsada müsbət bir haldır. Mehman Hüseynov 9 yanvar tarixində tutularkən ona işgəncə olunub və özü ətraflı danışdı bu barədə. Polis idarəsinə aparılarkən Mehman Hüseynovun başına torba keçirilib və onun nəfəsi çatmayıb. Hal hazırda onun ayağında problem var və məhkəmə prosesində hakimdən xahiş etmişdi ki, ona təcili tibbi yardım çağırılsın və polis idarəsində də ona təcili tibbi yardım çağırılmışdı.

Əlavə olaraq vəkil Cavad Cavadov bildirib ki, Mehman Hüseynovun 9 yanvar tarixində naməlum 8 şəxs tərəfindən başına torba keçirilərək aparılması da qanunsuzdur və bu birbaşa insan oğurluğudur. Vəkil hesab edir ki, bunlar hamısı qanunsuzdur və birbaşa şəxsin oğurlanmasıdır.

 

Digər Xəbərlər