"Uçan boşqab"ların varlığını sübut edən hadisə

10-01-2017 | 11:48 | | Oxunma sayı: Baş Admin: Ramil
"Uçan boşqab"ların varlığını sübut edən hadisə

Sensasion hadisə ilə bağlı aparılan tədqiqatlara baxmayaraq, o, hələ də müəmma olaraq qalır.

1947-ci il iyulun 2-də Amerikanın Nyu-Meksiko ştatının Rozuell şəhərində görünməmiş hadisə baş verdi.
Əksəriyyət əmindir ki, burada 'uçan boşqab' qəzaya uğramışdı. O vaxtdan dünya ufoloqları həmin günü Beynəlxalq UNO günü kimi qeyd edir.

Şəhərdə yaşayan fermer Uilyam Breyzel həmin vaxt partlayışı xatırladan qeyri-adi səs eşitdiyini söyləyir. O, hər tərəfə işıq saçıldığını da görüb. Amma nə baş verdiyin anlamayıb. Səhəri gün qoyunları otlağa çıxardarkən gördükləri isə fermeri şoka salıb: ətrafa qeyri-adi və naməlum qırıntılar səpələnmişdi. Uilyamın ağlına gələn ilk versiya burada "uçan boşqab"ın qəzaya uğraması olub.

Hadisənin baş verdiyi ərazidə yaşayan bəzi sakinlər bildirir ki, onlar gecəyarı qeyri-adi səs-küyə yuxudan oyanıblar. Bəziləri bunun yadplanetlilərin qışqırığı olduğu qənaətindədir.
 

Digər Xəbərlər