Ölü gəmi "SS Ourang Medan"ın sirri

10-01-2017 | 10:42 | | Oxunma sayı: Baş Admin: Ramil
Ölü gəmi "SS Ourang Medan"ın sirri

1947-ci ilin iyununda Sumatra ətrafında üzən holland gəmisi 'SS Ourang Medan'dan təhlükəli mesajlar gəlməyə başladı. Göndərilən təcili mesajlarda kömək istənilirdi; "Kapitan daxil bütün heyətimiz öldü" deyilən mesajdan sonra "ölürəm!.." deyə ikinci mesaj radio ilə göndərilmişdir. Mesajı alan gəmilərdən 'Silver Star' o saat koordinatları müəyyən edib 'SS Ourang Medan'ın yanına getmiş, lakin gəmidə bir it də daxil olmaqla sadəcə cəsədlərlə qarşılaşılmışdır. Mesajları göndərən insanlar da xəbərləşmə otağında ölü tapılmışdılar. 'SS Ourang Medan' hadisəsini qəribə edən şey isə bütün cəsədlər əlləri ilə işarə edərək günəşə baxdıqlarının bildirilməsidir. Ağızları sonunacan açılmış sifətlərində qorxu ifadəsi və dişlərini sıxmış bir şəkildə olan ölülər...Digər bir qəribəlik isə ölənlərin vücudlarında zərbə və yaraların olmamasında idi.

'SS Ourang Medan'ı tapan 'Silver Star' heyəti gəminin anbar hissəsinə girmək istəyərkən 'SS Ourang Medan'dan duman çıxmağa başlamışdır. Köməyə gəlmiş gəmiçilər gəmidən uzaqlaşmağa başladıqları vaxt, səbəbi bilinməyən bir partlama baş verdi ve saniyələr sonra 'SS Ourang Medan' sulara qərq oldu.
'SS Ourang Medan' heyətinə nə olduğuna dair sirr davam etməkdədir. Bəzilərinə görə gəmi yadplanetlilərin, bəzilərinə görə cinlərin və ya ruhların hücumuna məruz qalıb. Ancaq nə belə bir gəmi olduğuna dair bir sübut var, nə də heyətin kim olduğu və başına nə gəldiyinə aid bir ipucu var.

Ölü gəmi "SS Ourang Medan"ın sirri

Digər Xəbərlər