Lilly adlı xanım öz yaratdığı robotla evlənmək istəyir

25-12-2016 | 11:01 | | Oxunma sayı: Baş Admin: Ramil
Lilly adlı xanım öz yaratdığı robotla evlənmək istəyir

Lilly insanlarla fiziki təmasda ola bilmir. Ona görə də robotla ünsiyyətdə olmaq onun üçün asandır.

Bir çox insanlar robotların çox qısa zamanda belə inkişafını müsbət qarşılasa da bəziləri bunu cəmiyyət üçün təhlükə hesab edir. Amma bəzən qarşıya çıxan maraqlı faktlar robotlar və insanlar arasında əlaqənin fərqli formalarını ortaya çıxarır. Fransada yaşayan Lilly adlı qadın, özü tərəfindən 3D printerlə yaratdığı InMoovator adlandırdığı robotu sevir.

Lillynin sözlərinə görə onun robotlara qarşı belə marağı 19 yaşından başlayıb. Lilly də robota qarşı bəslədiyi sevginin mənasız olduğunu bildiyini söyləyir. Amma Lillynin ailəsi və dostları onun bu hərəkətinə hörmətlə yanaşır.

Lilly adlı xanım öz yaratdığı robotla evlənmək istəyirLilly adlı xanım öz yaratdığı robotla evlənmək istəyirLilly adlı xanım öz yaratdığı robotla evlənmək istəyirLilly adlı xanım öz yaratdığı robotla evlənmək istəyir

Digər Xəbərlər